Rus hərbçilər Aynularabın cənubundakı bazalarda yerləşdi

Suriyada Bəşər Əsəd rejimini dəstəkləyən Rusiya, Amerika Birləşmiş Ştatları (ABŞ) əsgərlərinin çıxdıqları Aynularabın (Cobani) cənubundakı iki bazada yerləşdi.

1307213
Rus hərbçilər Aynularabın cənubundakı bazalarda yerləşdi

Məlumata görə söz mövzusu bazalar Fərat çayının şərqindəki Aynularab rayonunda yerləşir.

Qeyd edək ki, ABŞ qüvvələri Sırrin və Sebit adı ilə bilinən bazalardan Sülh Çeşməsi Əməliyyatı zamanı çıxsa da əməliyyat dayandıqdan sonra yenidən Sırrin bazasına qayıtdılar. Ötən gün isə bu bazanı da tərk etdilər.

ABŞ qüvvələri 9 oktyabrda əməliyyatın başlaması ilə Suriyadakı 22 baza hərbi qərargahın 16-dan çıxdılar. Əməliyyat dayandıqda isə həmin nöqtələrin 6-na yenidə qayıtdılar.

Rejim qüvvələri, Kamışlı mərkəzindən İraq sərhədindəki malikiyə qəsəbəsinin Ayn Divar kəndinə uzanan Suriya-Türkiyə sərhəd xəttində dünən axşam bir çox nöqtədə yerləşdi.



Әlaqәli Xәbәrlәr