İranın Şərqi Azərbaycan əyalətində baş verən zəlzələdə ölən və yaralananlar olub

İranın Şərqi Azərbaycan əyalətində 5,9 bal gücündə baş vermiş zəlzələ zamanı 6 nəfər ölüb, 300 nəfərdən çox adam xəsarət alıb, 40 ev tamamilə dağılıb.

1302473

Tehran universiteti seysmologiya mərkəzinin məlumatına görə, bu axşam yerli vaxtla saat 02:17-də Şərqi Azərbaycan əyalətinin Miyanə şəhəri yaxınlığında baş vermiş 5.9 bal gücündə olan zəlzələnin episentri Təbriz şəhərindən 156 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələnin yerin 8 km dərinlikdə baş verdiyi bildirilib.

İran dövlət televiziyası zəlzələdə 6 nəfər öldüyünü, 300 nəfərdən çox adamın xəsarət aldığını açıqlayıb.

Zəlzələnin Ərdəbil, Zəncan və digər əyalətlərdə də hiss olunduğu bildirilib.

Әlaqәli Xәbәrlәr