Abdulhәkim Bəşər : ‘‘YPQ/PKK  işğal etdiyi әrazilәrdәn çıxmalıdır’’

Suriya Konstitusiya Komitəsinin kürd üzvü Abdulhәkim Bəşər  separatçı terror təşkilatı YPG / PKK-nın işğal etdiyi ərazilərdən çıxmasının vacibliyini vurğulayıb.

1299103

Suriyada fərqli etnik qrupların yaşadığını  vurğulayan Abdulhәkim Bəşər deyib:

"Onlar bizim  bu ölkənin bir parçası olduğumuzu qəbul etməlidirlər. Belәliklә biz dә  ölkənin inkişafına dәstәk verәrik’’.

Abdulhәkim Bəşər Suriya Ərəb Respublikası adını dəyişdirmək istədiklərini söyləyib.

"YPG / PKK bizim bölgələrimizdən çıxmalıdır. Biz Suriyada yaşayan kürdlәr olaraq  Suriyanın qonşuları ilә yaxşı əlaqələr yaratmaq istәyirik’’,-deyә Abdulhәkim Bəşər  deyib.

Türkiyənin Fərat çayının şərqi ilә bağlı Amerika Birləşmiş Ştatları  və Rusiya ilə әldә etdiyi razılaşmaya da toxunan Abdulhәkim Bəşər bildirib ki, әldә olunan razılaşmalar  Konstitusiya Komitəsinin fәaliyyәtinә   müsbət təsir göstәrәcәk.

Әlaqәli Xәbәrlәr