‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәlәrdә terror aktı törәdilib

Suriyanın şimalında ‘‘Sülh çeşmәsi’’ vә ‘‘Fәrat Qalxanı’’ әmәliyyatlarının keçirildiyi bölgәlәrdә törәdilәn terror aktları nәticәsindә 2-si  mülki vәtәndaş olmaqla 10 nәfәr hәlak olub.

1296068

Türkiyənin  hәyata keçirdiyi ‘‘Sülh çeşmәsi’’ vә  ‘‘Fәrat Qalxanı’’ әmәliyyatları nәticәsindә YPQ/PKK terrorçularından tәmizlәnәn Suluk vә Çobanbәy bölgәlәrindә terror aktları törәdilib.

Tel Abyadın cənub-şərqindəki Suluk bölgәsindә münalanmış avtomobil ilә törәdilәn terror  aktı nәticәsindә bir mülki vәtәndaş hәlak olub yeddi nәfәr dә xәsarәt alıb.

Türkiyə-Suriya sərhədindəki Çobanbәy bölgәsinin  cənubunda isə  yol kәnarına yerlәşdirilәn bombanın  partlaması nәticәsindә bir nәfәr hәlak olub, üç nәfәr dә xәsarәt alıb. Xәsarәt alanların Çobanbәydәki xәstәxanaya çatdırıldığı bildirilib.

Bölgәyә Suriya Milli Ordusunun hәrbçilәri vә tәhlükәsizlik qüvvәlәri cәlb olunub.

Terror aktlarının terror tәşkilatı YPQ/PKK tәrәfindәn törәdilmiş ola bilәcәyi bildirilir.

Әlaqәli Xәbәrlәr