Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibә zәrbәlәr endirmәyә davam edir
Bәşәr Әsәdә sadiq qüvvәlәr Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.
Bәşәr Әsәdә sadiq qüvvәlәr Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.
Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.
Mәlumata әsasәn,Bәşәr Әsәd rejiminә məxsus döyüş təyyarələri “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki qәsәbәlәrә vә kәndlәrә ağır zәrbәlәr endirib.
Mәlumatda Bәşәr Әsәdә sadiq qüvvәlәrә mәxsus döyüş tәyyarәlәrin İdlibin Kefrenbil qәsәbәsi Kefer Secne, Muka, Canudiyyә, Zuayniyyә, Termela, Ureynibә və Baarbo kəndlərini top atәşinә tutub.
Bu barәdә ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumatda bildirilib.
Bәşәr Əsədә sadiq qüvvәlәrin İdlibin cənub-qərbində yerlәşәn Cisir Әş Şuğur qәsәbәsinin Canudiyyә kəndindəki bazara tәşkil etdiyi hücum nәticәsindә yeddi mülki vətəndaş həyatını itirib, çox sayda mülki vətəndaş da yaralanıb.
Digәr tәrәfdәn Rusiyaya aid olduğu müәyyәnlәşdirilәn döyüş tәyyarәlәrin İdlibin Kefrenbil bölgәsi, Rekaya, Termela, Marrıthırme vә Kebbine kəndlərinə hücum etdiyi bildirilib.
Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam hәlak olub, çox sayda adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.
Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. Rejim qüvvәlәrinin 2018-ci ilin 17 sentyabr tarixindәn etibarәn bölgәyә endirdiyi hücumlar nәticәsindә 1 milyon 42 min dinc sakin evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.
Әlaqәli Xәbәrlәr
Rusiya prezidenti əsgərlərin sayını artırma fərmanı verdi
V.Putinin imzaladığı və Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan fərmana əsasən ...
İranda sərnişin avtobusu qəzaya uğrayıb, ölənlər və yaralananlar var
İranın Yəzd şəhərində sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər ölüb, 36 nəfər yaralanıb