Rusiyadan Cənubi Afrika Respublikasına iki ədəd qırıcı təyyarə göndərildi

Rusiya müdafiə sahəsində əməkdaşlıq müqaviləsi çərçivəsində Cənubi Afrika Respublikasına iki ədəd Tupolev Tu-160 "Blackjack" tipli qırıcı təyyarə göndərdi.

1293759
Rusiyadan Cənubi Afrika Respublikasına iki ədəd qırıcı təyyarə göndərildi

Yerli mediada əks edən məlumatlara görə, Rusiyaya məxsus iki qırıcı təyyarə Cənubi Afrikanın Tshwane bölgəsində yerləşən Waterkloof hərbi bazasına eniş edib.

Cənubi Afrika Müdafiə Qüvvələrindən yayılan açıqlamada İki ölkə arasındakı hərbi əlaqələrin təkcə siyasi mübarizə üzərində ucalmadığına, eyni vaxtda ortaq maraq əlaqələrinə də əsaslandığına diqqət çəkilib.

Rusiyaya məxsus qırıcıların "Rusiya-Afrika Zirvəsi və İqtisadi Forumu"nun soçidə keçirildiyi əsnada Cənubi Afrikaya göndərilməsi diqqətləri cəlb etdi.



Әlaqәli Xәbәrlәr