Rusiya -Cənubi Afrika arasında ortaq silah istehsalı

Rusiya və Cənubi Afrika birgə silah və hərbi texnika istehsal və inkişaf etdirməyi planlaşdırır. Bu barədə Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Xidmətinin (FSVTS) prezidenti Dmitri Şuqayev məlumat yayıb.

1293897
Rusiya -Cənubi Afrika arasında ortaq silah istehsalı

Şuqayev paytaxt Moskvada jurnalistlərə açıqlamasında Cənubi Afrikanın müdafiə sənayesi sahəsində Afrika qitəsinin ən çox inkişaf etmiş ölkəsi olduğunu bildirib və ölkəsinin bu sahədə Cənubi Afrika ilə əməkdaşlığı irəli pillələrə qardırmaq istədiyinə diqqək çəkib. O: “Cənubi Afrika ilə birgə silah və hərbi texnika istehsal etməyi planlaşdırırıq. İstehsal həm ölkələrimizin ordularının  ehtiyacını  təmin  edəcək   həm də maraqlanan üçüncü ölkələrə   satılacaq”.

Qeyd edək ki, Rusiya Dövlət Müdafiə Sənayesi Şirkəti Rosoboronexportın Başçısı Aleksandr Mixeyev şirkətin 55 milyard dollarlıq silah ixracat portfelinin üçdə bir hissəsinin Afrika ölkələrinin təşkil etdiyinə diqqət çəkmişdi.

 

 



Әlaqәli Xәbәrlәr