“ABŞ əsgərləri 4 həftədən sonra buradan ayrılacaq”, M.Esper

ABŞ-ın müdafiə naziri Mark Esper Suriyadan çıxaraq İraqa keçən ABŞ əsgərlərinin 4 həftə sonra buradan ayrılacağını açıqladı.

1293476
“ABŞ əsgərləri 4 həftədən sonra buradan ayrılacaq”, M.Esper

ABŞ-ın müdafiə naziri Mark Esper Suriyadan çıxaraq İraqa keçən ABŞ əsgərlərinin 4 həftə sonra buradan ayrılacağını açıqladı.

İraq mətbuatında yer alan xəbərə görə, Esper Bağdada gözlənilməyən səfər reallaşdırdı, srağa gün Suriyadan İraqa gedən ABŞ əsgərlərinin vəziyyətilə əlaqədar açıqlama verdi.

Esper "Suriyadan İraqa gələn qüvvələrimiz 4 həftədən sonra buradan ayrılacaq." dedi.

Yerli medianın xəbərinə görə, İraqın müdafiə naziri Nəcah əl-Şammari Suriyadan geri çəkilərək İraqa keçən ABŞ qoşunlarının sayının 150 olduğunu söylədi.

Şammari İraqın çəkilməsindən 4 həftə sonra Qətər və ya Küveytdəki bazalarına gedəcəklərini söylədi.

Bağdadda iraqlı həmkarı Şammari ilə görüşən ABŞ müdafiə naziri Esperin İraq prezidenti Berhem Saleh və baş nazir Adil Abdulmehdi ilə də görüşəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr