Əsəd rejimi İdlibə yeni hücuma hazırlaşır

Rejim qüvvələri Suriyanın şimalındakı İdlib gərginliyi azaltma bölgəsi sərhədləri daxilindəki yaşayış məntəqələrinə yeni hücum təşkil etmək üçün hərbçi göndərir.

1292493
Əsəd rejimi İdlibə yeni hücuma hazırlaşır

Bəşər Əsəd rejimi ordusu və İranın dəstəklədiyi terrorçu qruplardan təşkil tapan rejim qüvvələri Suriyanın şimalındakı İdlib gərginliyi azaltma bölgəsi sərhədləri daxilindəki yaşayış məntəqələrinə yeni hücum təşkil etmək üçün hərbçi göndərir.

Suriya Milli Ordusu qruplarından ibarət Nasır ordusunun sözçüsü Məhəmməd Rəşid “Anadolu” xəbər agentliyinə (AA) verdiyi açıqlamada rejim qüvvələrinin son bir həftədə hərbi texnika, silah-sursat və xarici terrorçular göndərdiyini söyləyib.

Rəşid yüzlərlə nəqliyyat vasitəsindən ibarət altı karvanının Həmanın Tel Havvaş təpəsinə, Madik Qalası qəsəbəsinə, rejimin Breydik hərbi bazasına və İdlibin şərq çölündəki Hayalin kəndinə çatdığını bildirib.

Türkiyə və Rusiya arasında 17 sentyabr 2018-ci ildə imzalanan razılaşmadan bəridir İdlib gərginliyi azaltma bölgəsində rejim və Rusiyanın hücumlarında min 300-dən çox vətəndaş öldü.

Hücumların sıx olduğu bölgələrdən bir qədər sakit yerlərə və xüsusilə Türkiyə sərhədi yaxınlığına köç edənlərin sayı isə 1 milyon 42 mini keçib.



Әlaqәli Xәbәrlәr