Fələstinli qadınlar İsrailin tətbiqlərindən etiraz məqsədiylə aksiya keçirdilər

Fələstinli qadınlar İsrailin 2006-cı ildən bəri Qəzza zolağına istiqamətli blokadasından etiraz məqsədiylə aksiya keçiriblər.

1292563
Fələstinli qadınlar İsrailin tətbiqlərindən etiraz məqsədiylə aksiya keçirdilər

Qəzzanın şimalındakı Beit Hanoun (Erez) sərhəd keçidində təşkil edilən etiraz nümayişinə xeyli sayda Qəzzadan olan qadın iştirak edib.

Qadın Komitələri üzrə başçı İktimal Hamad mitinqdəki açıqlamasında ümudünya ölkələrindən İsrailə Qəzza blokadasına son qoyması uğrunda təzyiq etmələrini istədiklərini vurğulayıb. O: “Mühasirə qaldırılıb azadlığa qovuşana qədər milli prinsiplər naminə müqavimət göstərməkdə davam edəcəyik. İsrail rəsmiləri Fələstinlilərə qarşı törətdikləri cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmalıdılar. Ərəb ölkələrinə çağırış edirik ki, İsrail ilə siyasi normallaşma ilə bağlı addımlara son qoyub, Fələstin davasında bizlərlə həmrəy olsunlar”.

Qeyd edǝk ki, İsrail 2006-cı ildən bəri təxminən 2 milyon fələstinlinin yaşadığı Qəzza zolağını quru, hava və dəniz yolu ilə mühasirəyə salıb.

 



Әlaqәli Xәbәrlәr