İranda zəlzələ baş verib

İranın cənubunda yerləşmiş Hürmüzqan əyalətində 5.6 bal gücündə zəlzələ baş verib.

1291879
İranda zəlzələ baş verib

Tehran Universiteti Seysmoloji Mərkəzindən yayılan məlumata görə episentri Hürmüzqan əyalətinin Kuherd şəhəri olan 5.6 bal gücündəki zəlzələ yerli vaxta görə bu gün saat 14.28-də qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə olan zəlzələ bir çox şəhərdə hiss edilib. Zəlzələdə tələfat və dağıntı olub olmadığına dair məlumat verilməyib.



Әlaqәli Xәbәrlәr