Cavad Zərif : “Livan siyasi hakimiyyətinə dəstəyimiz davam edəcək”

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, Livanda hökumət əleyhinə davam edən aksiyalara münasibət bildirib.

1291818
Cavad Zərif : “Livan siyasi hakimiyyətinə dəstəyimiz davam edəcək”

Məhəmməd Cavad Zərif: "Livan hökuməti və siyasi partiyalar xalqın tələblərini nəzərə alaraq ölkədə rifah və təhlükəsizliyi bərpa etməlidir. Livanda sabitlik və təhlükəsizlik qorunmalıdır. İran Livan xalqı, hökuməti və siyasi hakimiyyətinə dəstək verməkdə davam edəcək”-deyə vurğulayıb.

Xarici işlər naziri Zərif, keçən il İrana qarşı sanksiyaları pozduğuna görə ABŞ-da tutulan iranlı alim Məsud Süleymaninin vəziyyəti ilə bağlı ünvanlanan suala isə: "Bu, Nyu-Yorka səfərim zamanı izlədiyim mövzular arasında idi. Ümid edirəm ki, gələcəkdə bu barədə xoş xəbər alacağıq deyə cavab verib.

Qeyd edək ki, Livan xalqının hökumətin informasiya və WhatsApp sosial şəbəkəsinə vergi tətbiqindən etiraz məqsədiylə 17 oktyabrda başlatdığı aksiyalar davam edir.



Әlaqәli Xәbәrlәr