İraqdakı hökumət əleyhinə etiraz aksiyalarında ölənlərin sayı artmaqda davam edir

İraqdakı hökumət əleyhinə etiraz aksiyalarında son üç gündə ölənlərin sayı 42 nəfərə çatdı.

1281876
İraqdakı hökumət əleyhinə etiraz aksiyalarında ölənlərin sayı artmaqda davam edir

İraqdakı hökumət əleyhinə etiraz aksiyalarında son üç gündə ölənlərin sayı 42 nəfərə çatdı.

Hadisələr zamanı 2500 nəfər isə yaralanıb.

İraqdakı xəstəxana qaynaqlarına görə, ölkədə rüşvətxorluğa və işsizliyə qarşı ətiraz aksiyası keçirilir.

Aksiyaçılar mövcud hökumətin istefasını da tələb edirlər. Etiraz tədbirləri İraqın Bağdad, Zikar (Nasiriyyə), Meysan (Amara), Babil (Hilə) şəhərlərində keçirilir. Oktyabrın 3-dən bu şəhərlərdə komendant saatı elan edilib.

İraqlı rəsmilər aksiyalara nəzarət etmək üçün dünən internet  və xüsusilə də sosial şəbəkədən istifadəyə mane olmuşdu.

Yerli telefon şəbəkələrində də zaman-zaman problemlər yaşandığı bildirilib.

Etiraz aksiyaları xüsusilə son günlərdə şiə əhalinin basırıq yaşadığı cənub şəhərlərinə sürətlə yayılmışdı.

Haşdi Şabinin Nəcəf və Amara şəhərlərindəki ofislərinə od vurulub yandırılmışdı.



Әlaqәli Xәbәrlәr