"Mitinqlərin İraq və xalqına qarşı istifadə edilməsinə imkan verməyin”, A.Əbdülmehdi

İraq hökuməti oktyabrın 1-də paytaxt Bağdadda 3 adamın öldüyü, 60 nəfərin yaralandığı mitinqlərlə bağlı təcili araşdırma işlərinə başladı.

1280001
"Mitinqlərin İraq və xalqına qarşı istifadə edilməsinə imkan verməyin”, A.Əbdülmehdi

  İraq hökuməti oktyabrın 1-də paytaxt Bağdadda 3 adamın öldüyü, 60 nəfərin yaralandığı mitinqlərlə bağlı təcili araşdırma işlərinə başladı.

  Ölkənin baş naziri Adil Əbdülmehdi mövzu ilə bağlı deyib:

  “Xalqımızın istəyi qanunlar çərçivəsində yerinə yetiriləcək. Mitinqlərdən əvvəl insanlardan bütün tələbləri toplayan komissiyalar yaradılıb və istəklərin yerinə yetirilməsi üçün işlər başlanıb.

  Hər kəsi sakit olmağa çağırıram. Mitinqlərin İraq və xalqına qarşı istifadə edilməsinə imkan verməyin.”

  Ölkə prezidenti Berhem Saleh də “twitter” verdiyi açıqlamada bildirib: “Dinc aksiya konstitusiya təminatı altındadır. İraq gəncləri vəziyyətin yaxşılaşdırılması və məşğulluq istəyir. Bu qanuni tələbləri yerinə yetirmək bizim vəzifəmizdir".  

  Qeyd edək ki, Misirdə prezident Əbdul Fəttah əs-Sisiyə qarşı alovlanan nümayişlərdən sonra İraqda sosial media üzərindən "Oktyabrın 1-də görüşürük", "1 oktyabrda sən də çıx, susma", "Misirli səndən daha cəsarətli deyil" kimi ifadələrlə əhaliyə küçəyə çıxaraq hökumətə etirazetmə çağırışları edilib.

  Paytaxt Bağdadda 1 oktyabrda keçirilən nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 3 nümayişçi ölüb, 60 nəfər yaralanıb. Bölgə mənbələrindən verilən məlumatlara görə, aksiyalar gecə yarısınadək davam edib.



Әlaqәli Xәbәrlәr