Suriyada sentyabr ayında öldürülən dinc vətəndaşların sayı

Suriyada sentyabr ayında 118 dinc vətəndaş toqquşmalar zamanı öldürüldü.

1279651
Suriyada sentyabr ayında öldürülən dinc vətəndaşların sayı

Suriyada sentyabr ayında 118 dinc vətəndaş toqquşmalar zamanı öldürüldü.

Suriya İnsan Haqları Şəbəkəsi (SNHR) dinc vətəndaşların ölüm halları ilə bağlı sentyabr ayına olan hesabatında ölkədə 18-i uşaq, 12-si qadın cəmi 118 dinc sakinin toqquşan qruplar tərəfindən öldürüldüyünü açıqladı.

Hesabata görə, Bəşər Əsəd rejimi ordusu və təhlükəsizlik qüvvələri ilə İranın dəstəklədiyi xarici terrorçu qruplardan ibarət rejim qüvvələri 4-ü uşaq, 3-ü qadın olmaqla 44 dinc sakini öldürdü.

Rusiyaya məxsus qırıcı təyyarələrin həmin dövrdəki hava hücumlarında 1 dinc vətəndaş həyatını itirdi, terror təşkilatı YPG/PKK işğal etdiyi bölgələrdə 1-i uşaq 6 dinc vətəndaşı qətlə yetirdi.

Hərbi müxalifət ilə rejim əleyhinə silahlı qruplar isə 1-i uşaq, 4 dinc vətəndaşın ölümünə səbəb olduqda, 12-si uşaq, 9-u qadın cəmi 63 sakin də naməlum qruplar tərəfindən öldürüldü.

2019-cu ilin əvvəlindən bəridir, yanvarda 197, fevralda 246, martda 334, apreldə 324, mayda 416, iyunda 347, iyulda 433, avqustda 267, sentyabrda 118 olmaqla cəmi 2 min 682 dinc sakin Suriyada toqquşan qruplar tərəfindən öldürüldü.

Hesabatda keçən ay ölənlər arasında 21-i rejim tərəfindən olmaqla 22 nəfərə işgəncə verilərək öldürüldüyü bildirildi.



Әlaqәli Xәbәrlәr