Döyüş təyyarələrinin Suriyanın hava məkanında uçuşu

Türkiyə Hava Qüvvələrinə məxsus döyüş təyyarələri bu həftə üçüncü dəfə Suriyanın hava məkanında uçuş reallaşdırdı.

1276209
Döyüş təyyarələrinin Suriyanın hava məkanında uçuşu

Türkiyə Hava Qüvvələrinə məxsus döyüş təyyarələri bu həftə üçüncü dəfə Suriyanın hava məkanında uçuş reallaşdırdı.

Terror təşkilatı DEAŞ ilə mübarizə çərçivəsində “Təbii qətiyyətlilik əməliyyatı” çərçivəsində iki F-16 ilə bu gün Türkiyə vaxtı ilə saat 10.00-12.00 arasında Suriyanın hava məkanında, Fəratın şərqində uçdu.

Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində yer alan açıqlamada “Təbii qətiyyətlilik əməliyyatı” çərçivəsində Hava Qüvvələrimizə məxsus iki “F-16” döyüş təyyarələrilə bu gün saat 10.00-12.00 arasında Suriya hava sahəsində Fəratın şərqində uçuş həyata keçirildi” ifadəsi işlədildi.

Türkiyə Hava Qüvvələri bazar ertəsi və çərşənbə axşamı günləri də terror təşkilatı DEAŞ-la mübarizə koalisiyası adından Fəratın şərqində uçuş həyata keçirmişdi.



Әlaqәli Xәbәrlәr