Mustafa Akıncı:"Anastasiadisin nitqi tərəfdaşlıq anlayışından çox uzaqdır"

Şimali Kipr Türk Respublikasının dövlət başçısı  Mustafa Akıncı adanın rum hakimiyyətinin lideri Nikos Anastasiadisin Londondakı çıxışının siyasi bərabərliyə əsaslanan tərəfdaşlıq anlayışından çox uzaq olduğunu bildirdi.

1274285
Mustafa Akıncı:"Anastasiadisin nitqi tərəfdaşlıq anlayışından çox uzaqdır"

 

Şimali Kipr Türk Respublikasının dövlət başçısı  Mustafa Akıncı sosial media hesabından adanın rum hakimiyyətinin lideri Nikos Anastasiadisin Böyük Britaniyanın paytaxtı Londonda etdiyi çıxışına reaksiya göstərdi.

Akıncı cavabında: "Cənab Anastasiadisin Londondakı nitqi yenə də siyasi bərabərliyə əsaslanan tərəfdaşlıq anlayışından çox uzaqdır " deyə bildirdi.

Akıncı Anastasiadisin hələ də keçmiş razılaşmaları inkar edən, əldə edilən qərarlar istiqamətindəki fəal iştirakı şeytanlaşdıran bir ifadə tərzini davam etdirdiyini qeyd etdi.

Mustafa Akıncı adanın Türk icmasının əvvəldən bəri mövcud olan haqlı tələbini Türkiyənin inadı kimi təqdim etməyin də Anastasiadisə sərf etdiyinə diqqət çəkərək: "Çətinliklərimiz çoxdur. Müxtəlif istiqamətlərdən gələn çətinliklərə qarşı mübarizəmizə davam edirik. Adanın Türk xalqının bərabərliyə, azadlğa və təhlükəsizliyə, beynəlxalq hüquqa əsaslanan mövcudluq haqqını qorumaq üçün Birləşmiş Millətlər Təşkilatının baş katibi ilə görüşə gedirik” dedi.



Әlaqәli Xәbәrlәr