İran ABŞ-a İsçevrə Səfirliyi vasitəsilə nota verdi

İran Tehrandakı İsveçrə Səfirliyi vasitəsilə ABŞ-a verdiyi etiraz notasında Səudiyyə Ərəbistanının neft obyektinə hücumla əlaqədar olaraq ölkəyə yönəldilən ittihamları rədd edərək, hər növ hücuma cavab veriləcəyinə dair xəbərdarlıq etdi.

1271887
İran ABŞ-a İsçevrə Səfirliyi vasitəsilə nota verdi

İran Tehrandakı İsveçrə Səfirliyi vasitəsilə ABŞ-a verdiyi etiraz notasında Səudiyyə Ərəbistanının neft obyektinə hücumu ilə əlaqədar olaraq ölkəyə yönəldilən ittihamları rədd edərək, hər növ hücuma cavab veriləcəyinə dair xəbərdarlıq etdi.

İranın yarı rəsmi xəbər agentliyi İSNA-nın məlumatına görə, rəsmi Tehran dünən ABŞ-ın İrandakı diplomatik fəaliyyətlərini davam etdirən İsveçrə Səfirliyi vasitəsilə Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco”ya qarşı hücumla əlaqədar onu ttiham edən rəsmi Vaşinqtona etiraz notası verdi.

Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumdan sonra ABŞ-lı səlahiyyətlilərin İranı günahlandıraraq bu ölkəni hərbi hücumla təhdid etməsi qarşısında verilən notada “ABŞ-ın İrana qarşı istənilən hər təşəbbüsünə cavab veriləcəyi” bildirilib.

Notada ABŞ-ın ittihamları rədd edilərək, “Aramco” obyektlərinə hücumun İran tərəfindən edilmədiyi ifadə edildi.

Aralarında diplomatik münasibət olmayan Tehran ilə Vaşinqtonun fəaliyyətləri İsveçrə Səfirliyi vasitəsilə davam etdirilir.



Әlaqәli Xәbәrlәr