Ruhani: "İrana qarşı sanksiyalar davam etdiyi bir müddətdə ABŞ-la danışıqların mənası yoxdur"

İran prezidenti Həsən Ruhani Amerika Birləşmiş Ştatları rəhbərliyinin sanksiyaları davam etdirdiyi halda müzakirələrin bir mənasının olmayacağını bildirdi.

1268028
Ruhani: "İrana qarşı sanksiyalar davam etdiyi bir müddətdə ABŞ-la danışıqların mənası yoxdur"

İran Prezident Aparatından verilən məlumata görə, ölkə prezidenti Həsən Ruhani ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
 
Prezidentlər telefon görüşündə nüvə müqaviləsini və ABŞ ilə danışıqları müzakirə ediblər.
 
 Ruhani ABŞ-ın çoxtərəfli beynəlxalq nüvə müqaviləsini birtərəfli şəkildə ləğv etməklə məsuliyyətdən yayındığını qeyd edərək: "İran hökumətinə, parlamentinə və xalqına qarşı sanksiyalar davam etdiyi müddətdə ABŞ-la danışıqların mənası yoxdur" ifadələrini işlədib.
 
 İran prezidenti İranın atdığı üçüncü addımın Beynəlxalq Atom Enerjisi Agentliyinin (UAEA) nəzarətində atılacağını və hər an geri dönüşün mümkün olduğunu dilə gətirərək bunları bildirib: "Avropa İttifaqı ölkələri ilə yekun razılığa gələ bilsək, nüvə müqaviləsində üzərimizə götürdüyümüz öhdəliklərə geri qayıdarıq. İran və 5+1 ölkələri arasındakı görüş də yalnız sanksiyalar ləğv olunduğu təqdirdə mümkün ola bilər".
 
 Fransa prezidenti Emmanuel Makron da telefon görüşündə yeni müqavilə üçün ABŞ orqanları ilə apardığı danışıqlardan bəhs edib,  Fransanın nüvə müqaviləsinin tətbiq edilməsinin və razılığın əldə edilməsinin təmin edilməsi üçün səy göstərməyə davam edəcəyini qeyd edib.
 
 Makron, eyni zamanda, Ruhaniyə Fransanın müqavilənin təmin edilməsi istiqamətində bundan sonra atacağı addımlardan və hazırladığı proqramdan danışıb.



Әlaqәli Xәbәrlәr