Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün istefa verib

Bu barədə hökumət başçısı özü məlumat yayıb. Məlumata görə Baxtadze vəzifəsini tərk etməsi barədə sosial madia hesabında yazıb.

1262334
Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün istefa verib

Baş nazir qeyd edib ki, "İndiki mərhələdə missiyamı yerinə yetirdiyimi hesab edirəm. Gürcü Arzusu Partiyasının üzvüyəm və bundan sonra da üzv olaraq qalacam".

Baxtadze ölkəsinin NATO və Avropa İttifaqı (Aİ) ilə inteqrasiya prosesinin davam etdiyinə, qonşu ölkələrlə əhəmiyyətli irəliləyişlərin olduğuna diqqət çəkib.

Qeyd edək ki, Baş nazir Baxtadze 20 iyun 2018-ci ildən bəri baş nazir vəzifəsini icra edir. Gürcüstan konstitusiyasına görə Baş nazirin vəzifədən istefa verməsiylə hökumətin səlahiyyəti də ləğv olar.



Әlaqәli Xәbәrlәr