İdlibdə hava hücumları nəticəsində 10 dinc vətəndaş həlak olub

Suriyada Bəşər Əsəd rejiminin İdlibdə gərginliyi azaltma bölgəsinə gecə radələrində endirdiyi hava zərbələrində 5-i uşaq olmaqla daha 10 mülki vətəndaş ölüb, 23-dən çox insan da yaralanıb.(YENİLƏNİB)

1260513
İdlibdə hava hücumları nəticəsində 10 dinc vətəndaş həlak olub

Suriyada Bəşər Əsəd rejiminin İdlibdə gərginliyi azaltma bölgəsinə gecə radələrində endirdiyi hava zərbələrində 5-i uşaq olmaqla daha 10 mülki vətəndaş ölüb, 23-dən çox insan da yaralanıb.

Rejim təyyarələri dünən səhər radələrindən bəridir Tuh, Has, Kefersecne, Nukeyyer, Gadafa, Tel Mennis, Tel Merdih və Marşurin kəndlərilə Kefrenbil, Marratinnuman və Serakib qəsəbələrinə havadan zərbələr endirib.

Mülki Müdafiə (Ağ dəbilqəlilər) qaynaqlarından əldə edilən mülamata görə, Əsəd rejiminin döyüş təyyarələrinin gecə radələrində Marratinnuman qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində 5-i uşaq olmaqla 10 mülki vətəndaş həyatını itirdi, 23-dən çox mülki vətəndaş isə yaralandı.

Hücum yerinə gələn mülki müdafiə əməkdaşları axtarış-xilasetmə fəaliyyətlərini davam etdirərkən ölü və yaralı sayının artmasından narahatlıq duyulduğu bildirilib.

Xatırladaq ki, dünən də Əsəd rejiminin havadan endirdiyi zərbələr nəticəsində İdlibin cənubundakı Masaran kəndində 2, Cercenaz məntəqəsində 1 mülki vətəndaş həyatını itirmişdi.

Hərbi müxalifətə məxsus təyyarrə müşahidə evi döyüş təyyarəsinin Rusiyaya aid olduğunu və hava hücumunda Temaniyə məntəqəsində 1 mülki vətəndaşın həlak olduğunu bildirmişdi.

Digər tərəfdən Əsəd rejimi vəhavadarı Rusiyanın  bu gün İdlib gərginliyi azaltma bölgəsinə hücumlarında daha 7 dinc vətəndaş həyatını itirib.

Əsəd rejiminin hava zərbələri təşkil endirdiyi İdlibin Maarşimşe kəndində  dinc vətəndaşlardan dördü ölüb.

Hərbi müxalifətin təyyarə müşahidə evinin Rusiyaya məxsus olduğunu bildirdiyi döyüş təyyarəsinin hücumunda isə Tuh kəndində 3 mülki vətəndaş ölüb.

Rejimə aid qırıcılar Tel Mennis, Der Şarki, El Bara, Masaran kəndələri ilə Cercenaz, Tmaniya ve Kensafra bölgələrinə də hücum edib.



Әlaqәli Xәbәrlәr