Moskvadakı icazəsiz mitinqdə 700 nəfər tutuldu

Puşkinskaya və Trubnaya meydanlarında təşkil edilən icazəsiz nümayişlərə təxminən 1500 adam qatılıb.

1247465
Moskvadakı icazəsiz mitinqdə 700 nəfər tutuldu

  Rusiyada Moskva Şəhər Məclisi seçkilərində müstəqil namizədlərin qeydiyyatı qəbul edilmədiyi üçün avqustun 3-də icazəsiz mitinq təşkil edildi, təxminən 700 adam nəzarətə alındı.

  Puşkinskaya və Trubnaya meydanlarında təşkil edilən icazəsiz nümayişlərə təxminən 1500 adam qatılıb.

  Moskvada ədalətli və azad seçkilər edilməsi tələbilə mitinq edən nümayişçilərə polisin şiddətli müdaxiləsi zamanı 700 nəfər nəzarətə götürülüb.

  Rusiya Xarici İşlər Nazirliyindən isə nümayişlərdə cəmi 600 adamın nəzarətə alındığı bildirilir.

  Nəzarətə götürülənlər arasında Rusiya müxalifətinin fəalı Aleksey Navalnının qurduğu Rüşvətlə Mübarizə Fondunun vəkili Lyubov Sobol da var.

  Qeyd edək ki, Moskva Şəhər Məclisi seçkilərində müstəqil namizədlərin qeydiyyatının qəbul edilməməsilə bağlı keçən həftə sonu təşkil edilən icazəsiz nümayişə qatıldığı üçün 60-dan çox adam həbs olunmuşdu. Rusiya müxalifətindən Dmitri Qudkov 30, İvan Jdanov 15, İlya Yaşin 10, Yuliya Qalyamina 10, Aleksandr Solovyov 8 gün həbs cəzasına məhkum edilmişdi. Navalnının özünə isə “nümayiş tənzimləmə qaydalarını yenidən pozduğu” maddəsilə 30 günlük həbs cəzası kəsilmişdi.



Әlaqәli Xәbәrlәr