Zəmanətçi ölkələrin Suriya mövzulu yığıncağı başa çatdı

Üç zamin ölkə yığıncaqda İdlib gərginliyi azaltma bölgəsində mülki vətəndaşların ölüm hallarının qarşısının alınması və zamin ölkələrin hərbi personalının təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görmək barədə razılaşdı.

1246934
Zəmanətçi ölkələrin Suriya mövzulu yığıncağı başa çatdı

Türkiyə, Rusiya və İran zəmanətçi ölkələrin 13-cü yığıncağında İdlib gərginliyi azaltma bölgəsində mülki vətəndaşların ölüm hallarının qarşısının alınması və zamin ölkələrin hərbi personalının təhlükəsizliyini təmin etmək üçün konkret tədbirlər görmək barədə razılaşdı.

Qaxazıstan xarici işlər nazirinin müavini Roman Vasilenko Trükiyə, Rusiya, İran, rejim və müxalifət heyətinin bir araya gəldiyi əsas iclasda yekun bəyannaməni oxudu.

Bəyannamədə tərəflərin Suriyanın torpaq bötüvlüyü, müstəqilliyi və suverenliyinə sadiq olduqları vurğulanaraq, ölkədə DEAŞ, Nusra Cəbhəsi və BMT Təhlükəsizlik Şurasının terror siyahısındakı əlaqədar şəxslərlə mübarizənin davam etdiriləcəyi vurğulanıb.

Bəyannamədə Suriyanın şimal-şərqindəki vəziyyətə də toxunularaq, bölgədəki təhlükəsizlik və sabitliyin ancaq Suriyanın legitimliyi və torpaq bütövlüyünə hörmət edilərək təmin ediləcəyi dilə gətirilib.

Qonşu ölkələrin milli təhlükəsizliyini hədəf alan separatçı gündəmlərə qarşı birgə mövqe ortaya qoyulacağı ifadə edilən bəyannamədə Suriya münaqişəsinə hərbi həll yolu tapıla bilməyəcəğinə diqqət çəkildi. Həmçinin BMT nəzarətindəki siyasi keçid prosesinə sadiqlik də vurğlanıb.

Bəyannamədə beynəlxalq ictimaiyyət, xüsusilə də BMT Suriyaya yardımları artırmağa çağırılaraq, zəmanətçi ölkələrin növbəti yığıncağının oktyabrda yenə Nur-Sultanda keçiriləcəyi elan edilib.



Әlaqәli Xәbәrlәr