Netanyahu: "Şimal cəbhəsində İran və Hizbullaha qarşı işlər aparırıq"

İsrail baş naziri Binyamin Netanyahu şimal cəbhəsində İran və Hizbullaha qarşı fəaliyyət göstərdiklərini söylədi.

1246610
Netanyahu: "Şimal cəbhəsində İran və Hizbullaha qarşı işlər aparırıq"

İsrail baş naziri Binyamin Netanyahu İsrail dövlətinin qurulmasında mühüm rol oynayan Revizionist sionistlər hərəkatının banisi və iqtidardakı Likud Partiyasının ideoloqu sayılan Zeev Jabotinskinin (1880-1940) ölümünün ildönümü münasibətilə keçirilən toplantıda çıxış etdi.

Baş nazir çıxışında İsrailin ötən gün Suriyanın cənubundakı Kuneytra rayonuna keçirdiyi raket hücumuna da toxundu.

 Netanyahu İran və Hizbullahın Suriyadakı təmərküzləşməsini vurğulayaraq:"Biz şimal cəbhəsində İran və Hizbullaha qarşı işlər aparırıq" dedi.

  İsrailin şimal cəbhəsindəki hərbi fəaliyyətlərindən bəhs edən Netanyahu həyata keçirilən hücumdan açıq şəkildə danışmaqdan çəkindi.

  Qeyd edək ki, Suriyanın rəsmi xəbər agentliyi SANA dünən İsrail tərəfindən ölkənin cənubundakı Kuneytra rayonuna hücum edildiyi və  hücumun maddi zərərə səbəb olduğu barədə xəbər yayıb.

 İsrail vətəndaş müharibəsinin başladığı 2011-ci ildən etibarən  zaman-zaman Suriya və Qolan təpələrindən ərazisinə raket atıldığını iddia edərək, İranın dəstəklədiyi Hizbullah qüvvələrinə və Suriya ordusuna məxsus hərbi nöqtələrə hücumlar təşkil edir.



Әlaqәli Xәbәrlәr