İran BƏƏ ilə bank sahəsindəki əlaqələrini inkişaf etdirir

Birləşmiş Ərəb Əmirliklərində iki bankın Amerika Birləşmiş Ştatlarının bank sanksiyalarına baxmayaraq İranla maliyyə əməliyyatlarına başlayacağı iddia edildi.

1245524
İran BƏƏ ilə bank sahəsindəki əlaqələrini inkişaf etdirir

 

 İranın ILNA informasiya agentliyinə  müsahibə verən İran Valyuta Assosiasiyasının baş katibi Şahab Qurbani İran ilə Birləşmiş Ərəb Əmirliklərinin sanksiyalara baxmayaraq bank əlaqələrini inkişaf etdirdiyini söylədi.
 
 Qurbani: "Birləşmiş Ərəb Əmirliklərindəki iki bank İranla maliyyə əməkdaşlığına hazır olduğunu açıqlayıb. Bu istiqamətdə danışıqlar başlayıb" dedi.
 
İranın bank əməliyyatlarını Omanın üzərindən davam etdirdiyini bildirən Qurbani Omanın pul vahidinin beynəlxalq bazarlarda dəstəklənmədiyini, bu səbəbdən daha bahalı olmasına baxmayaraq BƏƏ banklarına üstünlük verəcəklərini sözlərinə əlavə etdi.
 
 Qurbani sözügedən bankların adını söyləmədi.
 
Qeyd edək ki,  regional məsələlərdə Səudiyyə Ərəbistanı ilə birlikdə İranın qarşısında duran BƏƏ rəhbərliyinin son zamanlar İranla yaxınlaşmasına dair xəbərlər mediada tez-tez əks ounur.
 
 ABŞ- nüvə müqaviləsindən çəkildikdən sonra 8 may 2018-ci ildə İrana tətbiq etdiyi birtərəfli bank sanksiyalarını da əhatə edən embarqolar səbəbindən Tehran rəhbərliyinin beynəlxalq banklarla maliyyə əməliyyatları məhdudlaşdırılır.



Әlaqәli Xәbәrlәr