Yunanıstan xarici işlər naziri Türkiyə-Yunanıstan münasibətlərindən danışdı

Yunanıstan xarici işlər naziri Nikos Dendias Türkiyə ilə münasibətlərin qədim tarixə malik olduğunu bildirdi.

1242733
Yunanıstan xarici işlər naziri Türkiyə-Yunanıstan münasibətlərindən danışdı

 Yunanıstan xarici işlər naziri Nikos Dendias "SKAI" televiziyasına verdiyi müsahibədə ölkəsinin xarici siyasəti ilə bağlı şərhlər verdi.

 Müsahibəsində Türkiyə ilə münasibətlərə də toxunan xarici işlər naziri bu münasibətlərin qədim tarixə malik olduğunu xatırlatdı, Kipr məsələsi haqqında mövqelərinin birmənalı olduğunu və bu məsələni Avropa İttifaqı müstəvisində ortaya qoyduqlarını vurğuladı.

 Dendias Türkiyə-Yunanıstan münasibətlərindən bəhs edərkən: "Baş nazir Kiriakos Miçotakis Türkiyəyə zeytun budağı uzatdı. Bu, beynəlxalq hüquqa və sazişlərə hörmətin açıq təzahürüdür. Türkiyənin bu çağırışa necə cavab verəcəyini görəcəyik, lakin baş nazirin də dediyi kimi suveren haqları müzakirə mövzusu ola bilməz" deyə danışdı.

 Dendias: "Bildiyiniz kimi, qonşumuzu seçə bilmirik.  Lüksemburq və Belçika olsaydıq, hər şey tamamilə başqa şəkildə ola bilərdi. Bütün bu xərclərdən xilas olardıq. Xarici İşlər Nazirliyi çox rahat bir yer olardı. Müdafiə Nazirliyi isə bəlkə də, heç olmazdı" dedi.

 Xarici işlər Naziri Mövlud Çavuşoğlu ilə uzun zamandan bəri tanış olduqlarini da dilə gətirən Nikos Dendias hələlik hər hansı bir ikitərəfli görüşün nəzərdə tutulmadığını qeyd etdi.



Әlaqәli Xәbәrlәr