Rusiya Çinin satın aldığı “S-400”-ləri təhvil verdi

Rusiyadan Çin Xalq Respublikasına S-400 hava hücumundan müdafiə sisteminin göndərilməsində ikinci mərhələyə keçildi.

1241659
Rusiya Çinin satın aldığı “S-400”-ləri təhvil verdi

Rusiya xəbər agentliyi TASS-ın hərbi-diplomatik mənbələrə istinad etdiyi Məlumata görə, “S-400”-lər Sankt-Peterburq yaxınlığındakı Ust-Luqa limanından gəmilərə yüklənərək dəniz yolu ilə göndirildi. Bildirilib ki, “S-400”-lərin təhvili Türkiyəyə olduğu kimi müqavilədə müəyyən edilən tarixdən daha əvvəl və sürətli reallaşdırılır.

Qeyd edək ki, 2014-cü ildə Rusiya ilə müqavilə imzalayan Çin “S-400” satın alan ilk xarici ölkə olub. Sistemin təhvilinə dair işlərin ilk mərhələsi ötən il tamamlandı və qıssa müddət sonra Çin ordusu sistemin sınaq əməliyyatını uğurla başa vurduğunu açıqladı.



Әlaqәli Xәbәrlәr