İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan ikisi  həlak olub

Bәşәr Әsәdә sadiq qüvvәlәrin  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

1241701
İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan ikisi  həlak olub

Bәşәr Әsәdә sadiq qüvvәlәr Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücum nәticәsindә iki dinc sakin hәlak olub, altı nәfәr dә xәsarәt alıb.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn, Bəşər Əsəd rejiminə məxsus döyüş təyyarələri “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki İdlibin Ariha vә Marratinnuman qәsәbәlәri, Der Sünbül vә Temaniyә kәndlәri ilә Hәmanın  Morik qәsәbәsi, Sermaniyә, Lahaya vә Hevice kәndlәrinә ağır zәrbәlәr endirib.

Bu barәdә  müxalifәt qüvvәlәrinin verdiyi mәlumatda bildirilib.

Mәlumata görә, rejim qüvvәlәrinin   hәyata keçirdiyi hücumlar nәticәsindә iki  dinc sakin hәlak olub, altı nәfәr dә xәsarәt alıb.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox  sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. 

Qeyd edәk ki, Bәşәr Әsәd rejimi vә Rusiyanın İdlibin Sakarib vә Marratinnuman  qәsәbәlәrindәki bazarlara endirdiyi zәrbәlәr nәticәsindә 50 dinc sakin hәlak olmuşdu.



Әlaqәli Xәbәrlәr