Mustafa Akıncı ilə Nikos Anastasiadisin bir araya gələcəyi görüş avqustun 9-da baş tutacaq

Şimali Kıbrıs Türk Cümhuriyyəti (ŞKTC) prezidenti Mustafa Akıncı ilə Kıbrıs Rum İdarəsinin lideri Nikos Anastasiadis 9 avqust cümə günü görüş keçirəcəklər.

1240194

Prezident Aparatından verilən açıqlamada Akıncı ilə Anastasiadisin 9 avqust cümə günü saat 10.30-da qeyri-rəsmi görüş üçün bir araya gələcəyi bildirilib.

ŞKTC prezidenti Mustafa Akıncı 13 iyulda BMT-nin Kıbrıs üzrə Xüsusi Nümayəndəliyi vasitəsilə Anastasiadisə Şərqi Aralıq dənizindəki karbohidrogenlər mövzusunda ortaq komitə qurulması barədə yeni təklif təqdim etmişdi.

Akıncının təklifi karbohidrogen mövzusunun bir gərginlik və toqquşma sahəsi olmaqdan çıxarılıb məhsuldar bir əməkdaşlığa çevrilməsini məqsəd götürüb.

Təklif iki icmadan bərabər sayda üzvün iştirak ilə təşkil tapacaq komitənin BMT-nin nəzarətində olmasını, ayrıca Aİ-nin də müşahidəçi  olaraq yer almasını nəzərdə tutur. Birgə komitənin quruluşu, hədəfləri və işləmə metodunu müəyyənləşdirən təklif ayrıca bir fond yaradılmasını və fondan necə istifadə olunacağı kimi detalları da ehtiva edir.

Bu təklif Kıbrıs rum icması siyasi partiya liderləri tərəfindən rədd edilmişdi.  

Әlaqәli Xәbәrlәr