Liviyada  Xəlifə Hafterə  ağır  zərbə  endirildi

Liviyada Milli Müqavimət Hökumətinə sadiq hava qüvvələri paytaxt Tripolinin cənubuna nəzarəti ələ keçirən təqaüdçü general Xəlifə Hafter tərəfdaşlarına hava hücumu təşkil ediblər.

1239747
Liviyada  Xəlifə Hafterə  ağır  zərbə  endirildi

Liviyada Milli Müqavimət Hökumətinin Xəlifə Hafter tərəfdaşlarına qarşı başlatdığı “Burkan əl-Qadap” əməliyyatının səzçüsü Mustafa əl-Meci hava hücumları ilə paytaxtın cənubunda yerləşmiş Vadi ər –Rabi, Es-Sebiya və köhnə hava limanının hədəf götürüldüyünü, avia zərbələr nəticəsində müxalifətin nəzarətində olan xeyli hərbi texnikanın məhv edildiyini bildirib.

Qeyd edək ki, Liviyanın şərq ərazisində yerləşmiş Silahlı Qüvvələrin lideri Xəlifə Hafterin 4 apreldə Tripoli şəhərinə nəzarəti ələ keçirmək üçün göstəriş əmrinə qarşı Milli Müqavimət Hökumətə mənsub qüvvələr əməliyyat başladıblar.

 



Әlaqәli Xәbәrlәr