Nur-Sultanda Suriya danışıqlarının 13-cü iclası keçiriləcək

Qazaxıstanın paytaxtı Nur-Sultanda 1-2 avqust tarixlərində Suriya danışıqlarının 13-cü iclası keçiriləcək.

1238933
Nur-Sultanda Suriya danışıqlarının 13-cü iclası keçiriləcək

Qazaxıstanın paytaxtı Nur-Sultanda 1-2 avqust tarixlərində Suriya danışıqlarının 13-cü iclası keçiriləcək.
 
 Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Astana formatlı yığıncağa zəmanətçi ölkələr olan Türkiyə, Rusiya və İranla yanaşı Bəşər Əsəd rejimi və hərbi müxalifət, Birləşmiş Millətlər Təşkilatı, İordaniya, Livan və İraq nümayəndə heyətləri də müşahidəçi kimi iştirak edəcəklər.
 
 İclasda İdlib başda olmaqla, Suriyadakı mövcud vəziyyət müzakirə olunacaq.
 
 Tərəflər arasında etimadartırıcı tədbirlər və konstitusiya komitəsinin yaradılması da müzakirə ediləcək məsələlər arasında olacaq.
 
 İkitərəfli və üçtərəfli işgüzar görüşlərlə başlayacaq iclasın əsas sessiyası avqustun 2-də keçiriləcək.
 
 25-26 aprel tarixlərində keçirilən 12-ci iclasda müşahidəçi statusu verilən Livan və İraq Astana formatlı iclasda ilk dəfə iştirak edəcək.



Әlaqәli Xәbәrlәr