Hәsәn Ruhani ABŞ-ın İrana tәtbiq etdiyi sanksiyalardan danışıb

İran prezidenti Hәsәn Ruhani Amerika Birlәşmiş Ştatlarının  sanksiyalardan imtina edib müzakirәlәrә razı olacağı tәqdirdә  İranın  da müzakirә masasının arxasına oturacağını deyib.

1235735
Hәsәn Ruhani ABŞ-ın İrana tәtbiq etdiyi sanksiyalardan danışıb

 

 

İran prezidenti Hәsәn Ruhani Amerika Birlәşmiş Ştatlarının  sanksiyalardan imtina edib müzakirәlәrә razı olacağı tәqdirdә  İranın  da müzakirә masasının arxasına oturacağını deyib.

Şimali Xorasan әyalәtinә sәfәr edәn Hәsәn Ruhani şәhәrdәki rәsmilәr ilә bir araya gәlib. Hәsәn Ruhani nüvә müqavilәsi vә zәnginlәşdirilmiş uran mәsәlәsini  qanunilәşdirmәyi hәdәflәdiklәrini ifadә edib.

‘‘Bәzilәri  nüvә müqavilәsinin ABŞ-ın xeyrinә olduğunu dilә gәtirirdi. Egәr belә olsayda  ABŞ niyә ‘‘Bu bizim üçün tarixin әn pis müqavilәsiydi. İran bu müqavilә ilә әlimizdәn hәr şeyi aldı’’ kimi açıqlamalar verdi?’’,-deyә Hәsәn Ruhani bildirib.

Bu günlәrdә müxtәlif müzakirәlәr aparacaqlarını deyәn Hәsәn Ruhani Amerika Birlәşmiş Ştatlarının  sanksiyalardan imtina edib müzakirәlәrә razı olacağı tәqdirdә  İranın  da müzakirә masasının arxasına oturacağını deyib.

ABŞ-ın 12 il ərzində İranın atom bombası istehsal etdiyini  və qanunlara zidd fəaliyyətlәr  apardığını iddia etdiyini  xatırladan Ruhani  Beynəlxalq Atom Enerjisi Agentliyinin bu barədə bəyanat verdiyini qeyd edib.

İranın Rusiya və Çin ilə yaxşı münasibətlərə malik olduğuna işarə edən Ruhani  Avropa İttifaqına üzv dövlәtlәrin  nüvə sazişindәki öhdәliklәrini yerinә yetirmәdiyini vә ya yetirmәk istәmәdiyini ifadә edib.



Әlaqәli Xәbәrlәr