Suriyada Bəşər Əsəd rejiminin ağır itkisi

Suriyada hərbi müxalifət və Bəşər Əsəd rejimi əleyhinə qruplar rejim qüvvələrinin hücumları qarşısında həyata keçirdikləri əməliyyatlarda son iki ayda İdlib gərginliyi azaltma bölgəsində ən az 900 rejim mənsubunu zərərsizləşdirdi.

1230800

Azad Suriya Ordusu (ASO) qruplarından ibarət Milli Qurtuluş Cəbhəsi adı altındakı Nasır ordusu Məhəmməd Rəşid Əsəd rejiminin İdlib və Həma ərazilərində davamlı irəliləməyə cəhd göstərdiyini, ancaq hərbi müxalifət və rejim əleyhinə silahlı qrupların uğurlu şəkildə bunun qarşısını aldığını söyləyib.

Rəşid “Rejimin irəliləyişi Tel Meleh ilə Cubbeyin kimi strateji nöqtələri geri almağımız nəticəsində dayandı. Digər tərəfdən Həmanın şimal və qərb ərazəlirində bölgənin düzünlik olması səbəbinrən sızma və gözlənilməyən bölgələrdə əməliyyatlar həyata keçirdik” deyib.

Son iki aydakı əməliyyatlarda 150-si rütbəli ən az 900 rejim qüvvəsinin öldürüldüyünü bildirən Rəşid 1700-dən çox rejim əsgərinin yaralandığını söyləyib.

Rəşid may ayından indiqədək Əsəd rejiminə məxsus 24 tank, 9 xədəmə daşıyan, bir çox zirəhli vasitə və digər bir sıra silah-sursatın məhv edildiyini vurğulayıb.

Rejim qüvvələrinin itkisinin daha ağır olduğu, bu rəqəmlərin sadəcə şəxsiyyəti müəyyən edilə bilənlərdən ibarət olduğu bildirilib.

Әlaqәli Xәbәrlәr