Cavad Zərif: "ABŞ İranı məhv edəcək vəziyyətdə deyil"

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Amerika Birləşmiş Ştatları prezidenti Donal Trampın hədəsinə cavab olaraq ABŞ-ın İranı məhv etmə qabiliyyətinin olmadığını bildirdi.

1225930
Cavad Zərif: "ABŞ İranı məhv edəcək vəziyyətdə deyil"

  İran xarici işlər naziri Məhəmməd Cavad Zərif paytaxt Tehranda CNN müxbirinin sualına cavab  verərkən ABŞ prezidenti Donald Trampın: "İranı məhv edərik" təhdidini şərh etdi.

Cavad Zərif Trampın İran haqqında "qətiyyən yanıldığını" bildirərək: "ABŞ İranı məhv edəcək vəziyyətdə deyil. Qadağan olunmuş silahlardan (kütləvi qırğın silahları) istifadə etmədən bunu edəcək gücləri yoxdur" dedi.

  İranın hər hansı bir hücuma hazırlıqlı olduğunu qeyd edən Zərif: "Buna qarşı biz müharibə, və ya qarşıdurma istəmirik. Prezident Tramp 18-ci əsrdə yaşamadığımızı və Birləşmiş Millətlər Təşkilatı müqaviləsinə əsasən müharibə təhdidlərinin qeyri-qanuni olduğunu xatırlamalıdır" ifadələrini işlətdi.

 

 ABŞ-ın son həftələrdəki davranışlarını "provokativ" olaraq səciyyələndirən Zərif xüsusilə, İran lideri Ayətullah Əli Xamneyiyə qarşı sanksiya qərarını bütün İran xalqına qarşı təhqir kimi qəbul etdiklərini vurğuladı.

 

 İran xarici işlər naziri  Tehranın nüvə müqaviləsinə aid öhdəliklərini mərhələli olaraq dayandırmaq qərarı ilə bağlı: "İran nüvə müqaviləsi və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2231 nömrəli qərarında zəmanət altına alınmış hüquqlarından istifadə edir" dedi.



Әlaqәli Xәbәrlәr