İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan biri həlak olub

Bәşәr Әsәdә sadiq qüvvәlәrin  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

1221013
İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan biri həlak olub

 

 

Bәşәr Әsәdә sadiq qüvvәlәrin  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücum nәticәsindә bir dinc sakin hәlak olub.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn, Bəşər Əsəd rejiminə məxsus döyüş təyyarələri “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki Xan Şeyxun qәsәbәsi, Kefer Battih kәndi, Hәma şәhәrinin şimalındakı Kefer Zita vә Latamine qәsәbәlәri ilә Zekat kәndinә ağır zәrbәlәr endirib.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn  mәlumatda bildirilib.

Mәlumata görә, rejim qüvvәlәrinin   hәyata keçirdiyi hücumlar nәticәsindә bir  dinc sakin hәlak olub. Hücumlar nәticәsindә hәmçinin beş dinc sakin dә xәsarәt alıb.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox  sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir.



Әlaqәli Xәbәrlәr