İran xəbərdarlıq etdi

İran parlamentinin Nüvə Komitəsinin sədri Müctəba Zunnur nüvə müqaviləsi tərəfdarı ölkələri İranın istədiyi addımları atmadıqları halda Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmaq məsələsini gündəmə gətirəcəklərini söylədi.

1219835
İran xəbərdarlıq etdi

İran parlamentinin nüvə komitəsinin sədri Müctəba Zunnur  ölkəsinin yerli kütləvi informasiya vasitələrinə Tehran rəhbərliyinin nüvə müqaviləsni tərəflərinə verdiyi  60 günlük müddət barədə danışdı.

Zunnur  iyuiun 8-də başa çatacaq  60 günlük müddət ərzində zəruri addımların atılmadığı təqdirdə Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin ciddi təftişlərə imkan verən əlavə protokolunun təxirə saınacağını və Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) ilə davam edən əməkdaşlığı yenidən nəzərdən keçirərək,  Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağı gündəmə gətirəcəklərini söylədi.

Müctəba Zunnur Avropa İttifaqının ABŞ-la 900 milyard dollar məbləğində ticarət əlaqəsinin olduğunu dilə gətirərək: "Avropa heç bir şəkildə 900 milyard dolları 20 milyard dollara qurban verməyəcək. Nüvə müqaviləsi Avropa İttifaqının maraqları daxilindədir, lakin heç nəyi buna fəda etmək istəmir" deyə bildirdi.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani mayın 8-də verdiyi açıqlamada nüvə müqaviləsi çərçivəsindəki öhdəliklərinin bir hissəsini dayandırdıqlarını və  İranın maraqlarını müdafiə etmək üçün tədbirlər görmələrini təmin etmək üçün müqavilənin tərəflərinə 60 günlük müddət verdiklərini bildirib.

Nüvə silahlarınının bütün dünyada məhv edilmısi və yenilərinin qadağan edilməsi məqsədini güdən  Nüvə Silahlarının Yayılmaması Müqaviləsi 2017-ci ilin iyul ayında 122 ölkənin dəstəyi ilə qəbul edilib.

 Nüvə silahına sahib olan BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Böyük Britaniya, Rusiya, Fransa və Çin, müqaviləyə qarşı çıxaraq danışıqlarda və səsvermədə iştirak etməyiblər.
 

 



Әlaqәli Xәbәrlәr