İsrail Qəzzaya hava hücumlarını davam etdirir

İsrail təyyarələri Şərqi Qəzzadakı İzzəddin əl-Qəssam Briqadalarına məxsus hərbi qərargah ilə Xan Yunis limanına hava hücumları təşkil ediblər.

1218466
İsrail Qəzzaya hava hücumlarını davam etdirir

Aviazərbələr nəticəsində insan tələfatı olub olmadığına dair məlumat yoxdur. Ancaq limanda ağır təxribat yaranıb. İsrail ordusu isə mövzu ilə bağlı açıqlama verməyib. Hücum İsrail yerli mətbuatının Qəzzadan atılan raketin Sderot şəhərində bir binaya isabət etdiyi xəbərini çatdırmasından bir neçə saat sonra baş verib. İsrail polisi isə Qəzadan edilən hücum nəticəsində ölən və yaralananlar olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr