İdlibdə mülki vətəndaşların ölüm halları davam edir

Suriyada Əsəd rejimi və Rusiyaya məxsus döyüş təyyarələrinin “İdlib gərginliyi azaltma bölgəsi” sərhədləri daxilindəki yaşayış məntəqələrinə etdiyi hücumlarda 20 dinc vətəndaş həlak olub.

1216087

Mülki Müdafiə İdarəsinin (Ağ dəbilqəlilər) məlumatına görə, dünən günorta saatlarından başlayan hücumlarda həyatını itirən mülki vətəndaşların sayı 20 olub, srağa gün gecə saatlarından sonra həyatını itirənlərin sayı isə 26-ya çıxıb.  

Qeyd edək ki, Suriyanın şimal-qərbində yərləşən İdlib vilayəti vətəndaş müharabisənin başladığı gündən müxalifətin qalası kimidir.

Ölkə daxilindəki köç ilə əhali sayı 4 milyona çatan İdlibin mərkəzi 2015-ci ilin mart ayından müxalifətin nəzarətindədir. Həmin tarixdən sonra isə rejimin hədəfində olan bölgələrin başında yer alır.

Türkiyə, Rusiya və İran 4-5 may 2017-ci il tarixində təşkil edilən Astana toplantısında İdlib və ətrafını “Gərginliyi azaltma bölgəsi” elan etmişdi.

Ancaq mülki müdafiə qaynaqları Əsəd rejimi, İranın dəstəklədiyi xarici terrorçu qruplar və Rusiyanın sadəcə may ayındakı havadan və qurudan edilən hücumlarında 59-u uşaq olmaqla, 231 dinc vətəndaşın həyatını itirdiyini və 659 mülki vətəndaşın isə yaralandığını bildirib.

Әlaqәli Xәbәrlәr