“ABŞ-a ehtiyacımız yoxdur”: C.Zərif

“Tehran rəhbərliyinin ABŞ-a ehtiyacı yoxdur və bu ölkə ilə münasibətlərini inkişaf etdirməyə də eləcə”. Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

1215784
“ABŞ-a ehtiyacımız yoxdur”: C.Zərif

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri ilə təşkil etdiyi yığıncaqdan sonra jurnalistlərə verdiyi açıqlamada ölkəsi ilə ABŞ arasında davam edən gərgin vəziyyətə münasibət bildirib.

ABŞ prezidenti Donald Trampun İrana istiqamətli sanksiya tətbiqini "iqtisadi terrorizm" olaraq xarekterizə edən Zərif: “Vaşinqton rəhbərliyi izlədiyi bu siyasətdən imtina etməlidir. Trampın danışıqlara hazırıq sözləri etibarlı deyil. O həm belə açıqlamalar yayır həm də ölkəmizə yönəlik təzyiqi hər ötən gün artırmaqda davam edir. İranın ABŞ-a ehtiyacı yoxdur və bu ölkə ilə münasibətləri inkişaf etdirmək istəmir. Amerikalılar bizim digər ölkələr ilə münasibətlərimizə müdaxilə etməməlidilər. İran qonşu ölkələr ilə əlaqəərini hər sahədə inkişaf etdirməkdə səy edir. Prezident Həsən Ruhaninin bölgə ölkələrinə planlaşdırdığı səfərlər də həmin çərçivədə reallaşdırılacaq”.

Almaniyanın xarici işlər naziri Heiko Massin İrana xüsusi bir mesaj ilə gəlmədiyini ifadə edən Zərifi, Berlin rəhbərliyinin nüvə razılaşmasının qüvvədə qalmasını istədiyini ancaq bunun sözlə olmayacağını vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr