İraq mәhkәmәsi bir Fransa vәtәndaşını edam hökmünә mәhkum edib

Mәlumata görә, DEAŞ  terrorçu qruplaşmasında iştirak etməkdə şübhəli bilinərək saxlanılan Fransa vәtәndaşının  təqsiri sübuta yetirilib.

1212859
İraq mәhkәmәsi bir Fransa vәtәndaşını edam hökmünә mәhkum edib

 

İraq məhkəməsi bir Fransa vətəndaşına qarşı ölüm hökmü qərarı çıxarıb.

Mәlumata görә, DEAŞ  terrorçu qruplaşmasında iştirak etməkdə şübhəli bilinərək saxlanılan Fransa vәtәndaşının  təqsiri sübuta yetirilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Fazıl Tahir adlı Fransa vətəndaşı 3 il ərzində DEAŞ  terrorçu qruplaşmasının tərkibində döyüşlərdə vә  qanunsuz edam aksiyalarında iştirak edib.

Belәliklә Fazıl Tahir bu hәftә edam cәzasına mәhkum edilәn 8-ci Fransa vәtәndaşı olub.

İraq tәhlükәsizlik qüvvәlәrinin rәsmisi Fazil Aburaqib verdiyi açıqlamada bu qәrarın terrorla mübarizә çәrçivәsindә qәbul olunduğunu bildirib.



Әlaqәli Xәbәrlәr