Ukraynada hərbi vertolyot qəzaya uğrudı
Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Mi-8” helikopterin qəzaya uğraması nəticəsində 4 əsgər həyatını itirib.
1211184

Ukrayna Silahlı Qüvvələrindən qəza ilə əlaqəli yayılan şərhdə bildirilib : “Hadisə ölkənin Rivnenşine vilayətinin Sestryatin kəndi yaxınlığında baş verib. İlk məlumatlara görə qəza nəticəsində azı 4 nəfər ölüb”. Ölənlərdən birinin briqada komandiri olduğu bildirilir.