H.Ruhani mühafizəkar siyasətçilərin reaksiyasına məruz qaldı

İranda mühafizəkar siyasətçilər Amerika Birləşmiş Ştatlarının İrana istiqamətli izlədiyi "iqtisadi müharibə" siyasətinə qarşı mübarizə apmaq üçün məclisdən xüsusi səlahiyyətlər tələb edən prezident Ruhaniyə reaksiya veriblər.

1211299
H.Ruhani mühafizəkar siyasətçilərin reaksiyasına məruz qaldı

Mühafizəkar qanadın qabaqcıllarından Hüseyn Nakavi Hüseyni mövzu ilə bağlı Fars xəbər agentliyinə müsahibəsində: “Ruhaninin sözləri qəribədir, onsuzda Ruhani Ali lider Ayətullah Əli Xamenidən sonra ən səlahiyyətli liderdir. Bu İran konstitusiyasında əks edib. Nüvə razılaşması mürəkkəb hal alıb. Milli valyuta isə dəyər itirib. Ruhani sahib olduğu səlahiyyətlər ilə bu problemləri həll edəbilmirmi?. Bəs başa düşülür ki, prezident problemləri həll etmək üçün səlahiyyət tələb etmir, məsuliyyətlərdən xilas olmağa çalışır”.

İranın nüfuzlu və köklü siyasi partiyalarından İslami Koalisiya Partiyasınin (Hizb-i Mutelife-i İslami) Mərkəzi Şura rəhbəri Mustafa Mirsəlimi də Ruhaninin səlahiyyət tələbinə reaksiya verib. Mirsəlimi: “prezident kifayət qədər səlahiyyətə sahibdir. Əks təqdirdə prezident seçkilərində ikinci dəfə namizəd olmaz idi”.

Məclis şurası heyətinin rəhbəri Əsedullah Abbasi də: “Prezident Ruhani ölkədəki problemlər ilə bağlı hesabat vermək əvəzinə xüsusi səlahiyyətlər tələb edir.

Xatırladaq ki, Ruhani ötən gün parlamentdə etdiyi çıxışında ABŞ-ın İrana qarşı "iqtisadi müharibə" başlatdığına  diqqət  çəkdi  və   buna qarşı mübarizə edəbilmək üçün hökumətə lazımlı səlahiyyətlərin verilməsini tələb etdi.



Әlaqәli Xәbәrlәr