İdlibdə hava hücumları nəticəsində 24 nəfər həlak olub

Suriyada rejim qüvvələrinin İdlib gərginliyi azaltma bölgəsinə yönəldilmiş hücumları nəticəsində dinc vətəndaşlardan 24-ü həyatını itirib.

1209988
İdlibdə hava hücumları nəticəsində 24 nəfər həlak olub

Suriyada rejim qüvvələrinin İdlib gərginliyi azaltma bölgəsinə yönəldilmiş hücumları nəticəsində dinc vətəndaşlardan 24-ü həyatını itirib.

Rejim ordusu və İran dəstəkli terrorçu qruplardan ibarət qüvvələr İdlibin kənd və qəsəbəbələrinə dünən axşam radələrində quru və havadan hücum edib.

Yayılan məlumata görə, son hava zərbələri zamanı həlak olanların sayı 24 nəfərə çatıb. Hücumlar zamanı habelə onlarla dinc sakin xəsarət alıb.

Hava hücumlarına Arih, İhsem, Maretmater, Sfehen, Ha əs-Sübül, Ətarib, Kəfər Halib və əl-Bəvvabiyyə rayonları məruz qalıb.

Daha əvvəl bildirilirdi ki, hava hücumları zamanı 4 dinc sakin həlak olub.

Qeyd edilir ki, aprelin 25-dən davam edən hücumlar zamanı azı 255 dinc sakin həlak olub, 650-dən çox insan yaralanıb. 



Әlaqәli Xәbәrlәr