"Yaxınlarda prezidentimiz də bu ölkəyə səfər edəcək", M.Şentop

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şimali Makedoniya səfəri çərçivəsində paytaxt Üsküpə gedib.

1208371
"Yaxınlarda prezidentimiz də bu ölkəyə səfər edəcək", M.Şentop

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Şimali Makedoniya səfəri çərçivəsində paytaxt Üsküpə gedib.

  Şimal Makedoniyanın yeni seçilən prezidenti Stevo Pendarovski ilə bir araya gələn Şentop onunla görüşündən sonra təəssüratlarını belə bölüşüb:

  "Prezidentə nəzakət ziyarəti etdim. Həm təbrik etdim, həm ölkə başçısımız hörmətli Rəcəb Tayyib Ərdoğanın təbrik və salamlarını çatdırdım. Yaxınlarda prezidentimiz də bu ölkəyə səfər edəcək.

  Görüş zamanı hər zaman yüksək səviyyədə olan Türkiyə-Şimali Makedoniya əlaqələrini, bölgədəki mövcud vəziyyəti müzakirə etdik”.

  Qeyd edək ki, Üsküpdə Türkiyənin Şimali Makedoniya Səfirliyinin himayəsi, Beynəlxalq Balkan Universiteti (İBU) və Makedoniya Türk Vətəndaş Cəmiyyəti Təşkilatları Birliyinin (MATÜSİTEB) ev sahibliyi və Xəliliyə bələdiyyəsinin köməyilə iftar proqramı da təşkil olunub. İBU şəhərciyində təşkil edilən təxminən 1200 nəfərlik iftar proqramında Şimali Makedoniya prezidenti Respublika başçısı Stevo Pendarovski, TBMM sədri Şentop, Türkiyənin ölkədəki səfiri Tülin Erkal Kara, Şimali Makedoniya parlamentinin sədr müavini Vesel Memedi, Şimali Makedoniya İslam Birliyinin (Diyanət İşləri) sədri Süleyman Recepi və Şimali Makedoniyanın əvvəlki prezidenti Gyorge İvanovla yanaşı nazirlər, millət vəkilləri, siyasətçilər, diplomatlar, alimlər, ölkədəki türk təşkilat və qurumlarının nümayəndələri və çox sayda qonaq iştirak edib.



Әlaqәli Xәbәrlәr