"Konstitusiyanın 59-cu maddəsi ictimaiyyətə açıq və qeyri-müəyyənliklərin çarəsidir", H.Ruhani

Paytaxt Tehranda mətbuat nümayəndələriylə bir araya gələn H.Ruhani ixtilaflı məsələlərdə xalq səsverməsinə gedilə biləcəyi fikrini təzələdi...

1208359
"Konstitusiyanın 59-cu maddəsi ictimaiyyətə açıq və qeyri-müəyyənliklərin çarəsidir", H.Ruhani

  İran prezidenti Həsən Ruhani konstitusiyanın 59-cu maddəsinə görə, referendum qapısının hər vaxt üçün ictimaiyyətə açıq olduğunu və bir çox qeyri-müəyyənliklərin çarə tapdığını deyib.

  Paytaxt Tehranda mətbuat nümayəndələriylə bir araya gələn H.Ruhani ixtilaflı məsələlərdə xalq səsverməsinə gedilə biləcəyi fikrini təzələdi:

  “2004-cü ildə ölkə lideri Əli Hamaneyə nüvə müqaviləsinin referenduma çıxarılmasını təklif etdim. O, bunu qəbul etdi, ancaq sonra hökumətin dəyişməsiylə gündəm də dəyişdi. Xalq səsverməsini nəzərdə tutan 59-cu maddə hər vaxt tətbiq oluna bilər.”

  Xatırladaq ki, ötən həftə paytaxt Tehranda gənclər və tələbələrlə bir araya gəldiyi yığıncaqda İran prezidenti bu sözləri demişdi:

  "Konstitusiyada bir çox imkan var. 59-cu maddəyə görə, mədəni, xarici siyasət və ya ictimai hər hansı məsələdə fikir ayrılığı olarsa, bu, xalqın səs verməsinə təqdim olunmalıdır. Bu qanuna əsasən, millət vəkilləri Məclisdə qərar verməkdə çətinlik çəkdiyi mövzu ilə bağlı referendum keçirməklə problemi həll edə bilərlər.”

  Həsən Ruhani, bu fikirləri 11 fevral 2018-ci ildə Tehranda İslam İnqilabının ildönümü mərasimində də söyləmişdi.



Әlaqәli Xәbәrlәr