Ukraynada erkən parlament seçkiləri keçiriləcək

Ukrayna prezidenti Vladimir Zelenski 8-ci dövrün parlamentini ləğv edən fərman imzaladı.

1205665
Ukraynada erkən parlament seçkiləri keçiriləcək

  Ukrayna prezidenti Vladimir Zelenski 8-ci dövrün parlamentini ləğv edən fərman imzaladı. Fərmana əsasən, 21 iyulda ölkədə erkən parlament seçkiləri keçiriləcək.

  Bu barədə Prezident Aparatı mətbuat xidmətindən verilən yazılı məlumatda bildirilir.

  Xatırladaq ki, Ukraynada aprel ayında keçirilən prezident seçkilərini qazanan Zelenski 20 mayda parlamentdə and içməklə rəsmi olaraq vəzifəyə başlamışdı.

 



Әlaqәli Xәbәrlәr