İran aşağı faizli uran istehsalını 4 dəfə artırdı

İran Atom Enerjisi təşkilatının mətbuat katibi Behruz Kamalvəndi bu barədə məlumat yayıb.

1204951
İran aşağı faizli uran istehsalını 4 dəfə artırdı

O bildirib ki, 20 Maydan 3,67 faizlik uranın istehsal həcmi 4 dəfə artırılıb. Kəmalvəndi vurğulayıb ki, bu sentrifuqaların sayının, faiz dərəcəsinin artırılması və ya sentrifuqaların növünün dəyişdirilməsi mənasında deyil. Mövcud vəziyyətdə uran istehsalını 4 dəfə artırmaq deməkdir. Behruz Kamalvəndi bildirib ki, uran istehsalının 4 dəfə artırılması qarşı tərəf üçün bir mesajdır, Uran istehsal potensialının və sentrifuqaların sayının artırılması potensialı daha çoxdur. Ona görə gec olmadan biz 3,67 faizlik 300 kiloqramdan artıq uran istehsal etmiş olacağıq. Qarşı tərəfin tez bir zamanda lazımlı addımları atması yaxşı olar, əks təqdirdə növbəti addımlarımızı müəyyənləşdirməkdə davam edəcəyik.



Әlaqәli Xәbәrlәr