Cavad Zərif: "Bütün işğalçılar getdilər, İran isə min ildir ayaqdadır"

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif: "İqtisadi terrorizm və soyqırım eyhamları İranı bitirməyəcəkdir" dedi.

1204946
Cavad Zərif: "Bütün işğalçılar getdilər, İran isə min ildir ayaqdadır"

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif "Twitter" hesabında payladığı ismarışda Amerika Birləşmiş Ştatlarının  prezidenti Donald Trampın:"Əgər İran müharibə aparmaq istəyirsə, bu, İranın rəsmi sonu olacaq" ifadəsinə cavab verdi.

İran xarici işlər naziri: "Tramp  "B komandası"nın təxribatı ilə Makedoniyalı İsgəndər (Makedoniya  kralı,   336-323-cü illər),Cingiz Xan (Monqol imperatoru,1162-1227) və başqalarının edə bilmədiklərini etməyə ümid edir. Bütün işğalçılar getdilər, İran isə min ildir ayaqdadır. İqtisadi terror və soyqırım eyhamları İranı bitirməyəcək" deyə bildirdi.

Zərif ismarışının sonunda: "Heç vaxt iranlını təhdid etmə" etiketi ilə "Hörmət göstərməyə çalış, işə yarayar!" ifadələrini işlətdi.

Qeyd edək ki, İran xarici işlər naziri  Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton (John Bolton), İsrail baş naziri Binyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Abu Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayidı Trumpın "B komandası" olaraq adlandırır.

Xatırladaq ki, ötən gün axşam saatlarında Amerika Bİrləşmiş Ştatlarının İraqın paytaxtı Bağdaddakı Yaşıl bölgədə olan səfirliyinin binası yaxınlarına "Katyuşa" raketi ilə hücum təşkil edilib, prezident Tramp ictimai media hesabından:"Əgər İran müharibə aparmaq istəyirsə, bu, İranın rəsmi sonu olacaq. Bir daha ABŞ-ı əsla hədələməyin!" ifadələri işlədib.



Әlaqәli Xәbәrlәr