Kərkükdə Türkmənlər seçki komissiyasında dəyişiklik edilməsini istəyir

İraqın Kərkük şəhərindəki Türkmənlər parlament seçkilərində edildiyi irəli sürülən saxtakarlıqların bələdiyyə seçkilərində də olmaması üçün seçki komissiyasında dəyişiklik edilməsini istədi.

1202827

Türkmən qeyri-hökumət təşkilatları üzvlərinin keçirdikləri mətbuat konfransında İraq Müstəqil Seçki Komissarlığı Kərkük ofisindəki seçki komissiyasında dəyişiklik edilməsini tələb etdi.

Türkmən qeyri-hökumət təşkilatlarının sədri Mardin Gökkaya bu tələblərini dilə gətirərək dedi ki, 12 may 2018-ci il tarixində İraqdakı parlament seçkilərində saxtakarlıq edildiyinə dair şübhəli hadisələrdən ən çox Türkmənlər təsirləndi. Həmin səbəbdən Kərkük ofisindəki seçki komissiyasının dəyişməsini istəyirik.  

Bələdiyyə seçkilərinin normal keçməsi üçün İraq Müstəqil Seçki Komissarlığının Kərkük komissiyasında da adı şübhə ilə çəkilən üzvlərin dəyişməsini istəyən Gökkaya bu tələb yerinə yetirilməyəcəyi təqdirdə etiraz nümayişləri keçirəcəklərini söylədi.

İraq Müstəqil Seçki Komissarlığı keçiriləcək bələdiyyə  seçkilərinin noyabr ayında baş tutmasını təklif edərək, hökumətdən bu tarix üçün vacib olan prodesuraların yerinə yetirilməsini tələb etdi.

Әlaqәli Xәbәrlәr