Səudiyyə Ərəbistanıda neft kəməri partladıldı

Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) vasitəsilə iki neft kəmərlərinə hücum təşkil edildi.

1201066
Səudiyyə Ərəbistanıda neft kəməri partladıldı

Səudiyyə Ərəbistanının enerji və sənaye naziri Xalid bin-Əl-Falih bu barədə rəsmi xəbər agentliyi SPA-ya açıqlama verib.

 Onun sözlərinə görə hadisə səhər radələrində törədilib. Bildirib ki, ölkənin şərq ərazilərində yerləşən ehtiyatlardan qərb sahilindəki limana neft axıdan kəmər üzərindəki iki stansiya dronlarla bombalanıb. Hadisədən sonra kəmər vasitəsiylə neftin nəqli dayandırılıb. Neft nəqlinə yenidən başalayabilmək üçün ziyan təsbitindən sonra yenidən bərpa işləri  aparılacaq.

Falih vurğulayıb ki, Körfəz ölkələrində son zamanlarda həyata keçirilən belə hücumlar ilə yalnız Səudiyyə Ərəbistanı yox eyni vaxtda dünya iqtisadiyyatı və dünya neft ixracı da hədəfə götürülür və Yəməndə İran dəstəkli Husilər də daxil olmaqla bütün terror qruplaşmalara qarşı mübarizənin əhəmiyyətini bariz şəkildə göz önünə sərir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Enerji naziri Xalid əl-Falih bazar axşamı da verdiyi açıqlamada Birləşmiş Ərəb Əmrliklərinin (BƏƏ) sahil suları yaxınlığında Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə hücum təşkil edildiyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr